Xarici müəllimlərin ölkəyə gəlməsi üçün Operativ Qərargaha və Təhsil Nazirliyinə müraciət edilməlidir

Bakı, 27 avqust, imzainfo

Özəl təhsil müəssisələrində dərs deyən xarici müəllimlərin ölkəyə gəlməsi üçün Operativ Qərargaha və Təhsil Nazirliyinə müraciət edilməlidir.

imzainfo xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı avqustun 27-də keçirilən brifinqdə deyib.

O bildirib ki, özəl təhsil müəssisələri bu müəllimlərin ölkəyə gəlmələri üçün müraciət edərkən zəruri səbəbləri aydın şəkildə göstərməlidirlər.

Paylaş