Xüsusi karantin rejimi dövründə “Virtual məktəb” layihəsi davam etdiriləcək

Bakı, 27 avqust, İMZAİNFO

Xüsusi karantin rejimi dövründə Təhsil Nazirliyi tərəfindən teledərslər və “Virtual məktəb” layihələri davam etdiriləcək.

İMZAİNFO xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı avqustun 27-də keçirilən brifinqdə deyib.

O bildirib ki, bəzi valideynlər uşaqlarını məktəblərə göndərmək istəmirlər. Bu valideynlərlə xüsusi razılaşma əldə olunacaq. Məktəbə gəlməyən şagirdlər valideynlərin nəzarəti ilə teledərsləri izləyəcəklər və “Virtual məktəb”də tədrisə qoşulacaqlar.

Paylaş