Xüsusi risk qrupuna daxil olan müəllimlər əməkhaqqı saxlanılmaqla tədrisdən uzaqlaşdırılacaq

Bakı, 27 avqust, İMZAİNFO

Təhsil müəssisələrində xüsusi risk qrupuna daxil olan müəllimlər əməkhaqqı saxlanılmaqla tədrisdən uzaqlaşdırılacaq.

İMZAİNFO xəbər verir ki, bunu avqustun 27-də COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, həmin müəllimlər digərləri ilə əvəz olunacaqlar: “Belə bir qərar almaqda məqsədimiz müəllimlərimizin sağlamlığının qayğısına qalmaqdır”.

Paylaş