Yanvar-aprel aylarında pensiya, müavinət, təqaüd, ünvanlı yardım üzrə əhaliyə 2,2 milyard manata yaxın vəsait ödənilib

Bakı, 13 may, İMZAİNFO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2022-ci ilin yanvar-aprel aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 2 milyard 188 milyon manat vəsait ödənilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən İMZAİNFO-ya verilən məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 8 faiz və ya 162,5 milyon manat çoxdur.
Xatırladaq ki, sosial islahatların yeni mərhələsi kimi, bu ilin əvvəlindən əmək haqqı, pensiya və müavinətlərin, təqaüdlərin növbəti dəfə artırılması təmin olunub.
Paylaş