Yaponiya portalı Azərbaycan Prezidentinin Türkiyənin Rize şəhərinə səfərindən yazıb

Tokio, 16 may, İMZAİNFO

Yaponiyanın “ajmedia.jp” portalı Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Rize-Artvin Hava Limanının açılışında iştirak etmək üçün qardaş ölkəyə səfəri barədə məlumat yayıb.

İMZAİNFO xəbər verir ki, yapon və ingilis dillərində yayılan məlumatda Türkiyədə nəqliyyat və infrastruktur sahəsində həyat keçirilən genişmiqyaslı işlər barədə məlumat verilib. İki qardaş ölkə arasında energetika, nəqliyyat, enerji təhlükəsizliyi ilə bağlı əməkdaşlıq məsələlərinin müzakirə olunduğu diqqətə çatdırılıb.

Məlumatda postmünaqişə dövrü, Azərbaycan ilə Ermənistan və Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər yaponiyalı oxucuların diqqətinə çatdırılıb.

Paylaş