Yardımlıda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Yardımlı, 20 yanvar, İMZAİNFO

Yanvarın 20-də Yardımlı şəhərindəki Şəhidlər Xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb.

  • İMZAİNFO-nun bölgə müxbiri xəbər verir ki, səhər saatlarından başlayaraq minlərlə rayon sakini 20 Yanvar şəhidlərinin abidə-kompleksinin önündə azadlıq mücahidlərinə hörmət və ehtiramlarını ifadə ediblər.

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələri, məktəblilər, ziyalılar, Qarabağ müharibəsi veteranları, qazilər, şəhid ailələri, ictimaiyyətin təmsilçiləri abidə-kompleksin önünə əklillər, gül dəstələri düzüblər.

Mərasimdə şəhidlərin ruhuna dualar oxunub.

Paylaş