
Bakı, 27 avqust, İMZAİNFO
Sentyabrın 15-də yuxarı sinif şagirdləri onlayn tədrisə başlayacaqlar.
İMZAİNFO xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı avqustun 27-də keçirilən brifinqdə deyib.
O bildirib ki, zamanla bu sinifdə təhsil alan şagirdlər üçün də ənənəvi təhsil bərpa olunacaq. Oktyabrın 1-dən etibarən 5-9-cu siniflər, oktyabrın 15-dən etibarən isə 10-11-ci sinif şagirdlərinin ənənəvi təhsilinin bərpası nəzərdə tutulur.